"Mançester Siti" Özbəkistan millisinin üzvünü transfer etmək
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, "Mançester Siti" özbək futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İngiltərə klubu Xusanovu yanvar ayında heyətinə qatmağı planlaşdırır. "Mançester Siti"dən başqa Avropada bir neçə klub da 20 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
Qeyd edək ki, "Lans" Abdukodir Xusanovu ötən ilin yayında Belarusun "Energetik-BQU" klubundan transfer edib. Özbəkistan millisinin üzvü olan gənc oyunçu bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Teqlər:
"\"Man\u00e7ester Siti\" \u00d6zb\u0259kistan millisinin \u00fczv\u00fcn\u00fc transfer etm\u0259k"