Menyu

Bakıdan göndərilən yardım TIR-ları Suriyaya çatıb

Əsəd Abbaslı
Bakıdan göndərilən yardım TIR-ları Suriyaya çatıb

"Operativ Media" xəbər verir ki, Artvin vilayətinin Sarp nəzarət-keçid məntəqəsindən Türkiyəyə gələn avtomobil karvanı daha sonra cənuba - Suriya ilə həmsərhəd Kilis vilayətinə yollanıb. “Çobanbəy” nəzarət-keçid məntəqəsində gömrük prosedurlarından sonra karvan Suriyaya yollanacaq.

Azərbaycandan gələn humanitar yük Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Suriya ərazisindəki anbarlarına boşaldılacaq və AFAD vasitəsilə imkansız ailələrə paylanacaq. Yardımı, ilk növbədə, İdlib vilayətinin sakinləri, eləcə də Türkiyə Silahlı Qüvvələrinin “Fərat Qalxanı”, “Sülh çeşməsi” və “Zeytun budağı” əməliyyatları çərçivəsində terrorçulardan təmizlənmiş Suriya ərazilərinin əhalisi alacaq.

Azərbaycandan Suriyaya ərzaq məhsulları ilə yanaşı, uşaq geyimləri və digər zəruri ləvazimatlar da göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər