Menyu

Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib

Əsəd Abbaslı
Kəmaləddin Heydərov Qazaxıstan FHN-in bir qrup əməkdaşını təltif edib

2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.

Bu barədə "Operativ Media"a FHN-dən bildirilib.

Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər:

- Seytalin Azamat Serikoviç

- Aminov Timur Vladimiroviç

- Aydarov Kani Manapoviç

- Karayev Sayasat Musayeviç

- Kenjeqaliyev Majit Serikbayeviç

- Kulxanov Azımbek Şındauletoviç

- Kuzembayev Erbol Axmetoviç

- Mendibayev Naurızbek Erlanulı

- Nuqumanov Ardak Koyşibekoviç

- Tleuberqenova Ayman Mınbayevna

Teqlər:

"K\u0259mal\u0259ddin Heyd\u0259rov Qazax\u0131stan FHN-in bir qrup \u0259m\u0259kda\u015f\u0131n\u0131 t\u0259ltif edib"

Əlaqəli Xəbərlər