Menyu

Dünya reytinqi: Qurban Qurbanov mövqeyini qorudu

Əziz Əzizli
Dünya reytinqi: Qurban Qurbanov mövqeyini qorudu
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, siyahıda planetin 500 ən güclü mütəxəssisi yer alıb.

Cədvəldə yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1646 xala malikdir. O, dünyada 160-cıdır. 52 yaşlı mütəxəssis ötən cədvəldəki mövqeyini qoruyub.

“Turan Tovuz”un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 56-cıdır. O, iki addım irəliləyib.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 184-cüdür. Portuqaliyalı mütəxəssis 1 pillə yüksəlib.

Qeyd edək ki, siyahıya “Mançester Siti”nin 2150 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.

Əlaqəli Xəbərlər