Menyu

"Sevilya" Juninyo üçün "Qarabağ"la razılığa gəldi

Əziz Əzizli
"Sevilya" Juninyo üçün "Qarabağ"la razılığa gəldi

"Operativ Media" xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Transferin dəyəri təxminən dörd milyon avro və əlavə 1 milyon avro bonusla qiymətləndirilir.

28 yaşlı Juninho bu mövsüm komandası ilə keçirdiyi oyunlarda 11 qol vurub. "Qarabağ"a keçməzdən əvvəl isə Portuqaliyanın "Chaves" klubunun formasını geyinib.

Xəbərdə "Qarabağ"ın gələcəkdə bu transferdən dörd milyon avronu aşan satışdan əldə olunacaq gəlirin 20%-ni götürmək hüququna sahib olduğu bildirilib.

Hücumçunun gələn həftənin əvvəlində Sevilyaya gəlməsi gözlənilir.  Əgər rəsmi transferdən əvvəl tibbi müayinələrdən keçərsə, baş məşqçi Francisco Javier García Pimientanın sərəncamında olacaq.

Teqlər:

"\"Sevilya\" Juninyo \u00fc\u00e7\u00fcn \"Qaraba\u011f\"la raz\u0131l\u0131\u011fa g\u0259ldi"

Əlaqəli Xəbərlər