Menyu

Luiz Suares intihara cəhd edən şəxsi xilas edib

Əziz Əzizli
Luiz Suares intihara cəhd edən şəxsi xilas edib

"Operativ Media" xəbər verir ki, bu haqda "A Bola" nəşri məlumat yayıb.

Luis Suares bir vətəndaşın xilası əməliyyatında iştirak edib. Luis onu intihardan çəkindirib.

Hadisə Uruqvayın Siudad-de-la-Kosta şəhərində baş verib. Şəxsi həyatı ilə bağlı problemlərdən bezmiş bir kişi məişət zorakılığına qarşı mübarizə bölməsinə zəng edərək intihar etmək niyyətinin olduğunu bildirib.

Daha sonra telefonu atıb və boynuna kəndir bağlayaraq altı metrlik ağaca çıxıb.

Yaxınlıqda istirahət edən Suares və həyat yoldaşı hadisədən xəbərdar olduqdan sonra ora gedib.

Saatlarla davam edən söhbətlərdən sonra həmin adamı xilas etmək mümkün olub. Daha sonra həmib şəxs psixiatrik ekspertizaya yönləndirilib.

Qeyd edək ki, Luiz Suares Messi ilə birlikdə "İnter Mayami" klubunda çıxış edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər