Menyu

"Turan Tovuz" "Kəpəz"in hücumçusunu transfer edir

Əziz Əzizli
"Turan Tovuz" "Kəpəz"in hücumçusunu transfer edir
1 dəq oxu

"Operativ Media"nın əldə etdiyi məlumata görə, Tovuz rayon təmsilçisi "Kəpəz"in hücumçusu Orxan Əliyevi heyətinə cəlb edir. Kurban Berdıyevin transferinə razılıq verdiyi futbolçu hücumun həm sivri ucunda, həm də 10 nömrə mövqeyində oynamağı bacarır.

29 yaşlı hücumçu tezliklə "Turan Tovuz"un Türkiyədə keçirilən təlim-məşq toplanışına qoşulacaq.

Transferin bu həftə ərzində rəsmi olaraq açıqlanacağı gozlənilir.

 

Əlaqəli Xəbərlər