Sabah Bakının iki rayonunda qaz olmayacaq
Nərmin Qocamanlı
"Operativ Media" xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, “Ramana” QPS-də, orta təzyiqli qaz xəttində və Xətai rayonu, Y.Əliyev küçəsi ünvanında aparılan təmir-bərpa işləri ilə əlaqədar 07.01.2025-ci il saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaqdır. Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana, Bünyadzadə , Tağıyev, Yeni Zaman küçələri, Sabunçu qəsəbəsinin 9-cu mədən ərazisi, Suraxanı xidmət sahəsi üzrə Deputat küçəsinin bir hissəsində və Xətai rayonun bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net