Menyu

Naxçıvan polisinə yeni avtomobillər verilib

Nərmin Qocamanlı
Naxçıvan polisinə yeni avtomobillər verilib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu barədə Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir.

Bu istiqamətdə görülən işlər çərçivəsində müasir texnologiyalarla təchiz edilmiş "Kia Sportage" “Kia Optima” “BMW”  markalı avtomobillər ictimai təhlükəsizliyin daha da etibarlı qorunması, gündəlik fəaliyyətdə operativliyin artırılması  üçün şəxsi heyətin xidməti istifadəsinə verilib".

Əlaqəli Xəbərlər