Menyu

"Ankaragücü"nün 17 yaşlı azərbaycanlı futbolçusu: "Legioner həyatı yaşamağa davam etmək istəyirəm"

Nərmin Qocamanlı
"Ankaragücü"nün 17 yaşlı azərbaycanlı futbolçusu: "Legioner həyatı yaşamağa davam etmək istəyirəm"

"Operativ Media" "Ankaragücü" klubunun 17 yaşlı azərbaycanlı futbolçusu Həsən Nəzərovun müsahibəsini təqdim edir:

- 17 yaşından legioner həyatı yaşamaq necə bir təcrübədir?

- Mənim üçün ölkədən kənarda oynamaq böyük bir təcrübədir. Bu yaşda legioner həyatı yaşadığım üçün çox xoşbəxtəm.
 



- Uzun müddətdir "Ankaragücü" klubunun əsas komandası ilə oyunlara çıxmırsınız. Ehtiyat oyunçular skamyasında qalmaq sizə psixoloji olaraq necə təsir edir?

-  Hal-hazırda ehtiyatda qalmağı normal qarşılayıram. Bunun normal olduğunu düşünürəm. Mənə nə vaxt şans verilərsə ən yaxşı şəkildə dəyərləndirməyə çalışacağam.

- Komandanıza yeni baş məşqçi təyinatı baş tutdu. Onunla söhbətiniz olub? Sizinlə bağlı planları nədir?

- Bəli komandamızda yeni baş məşqçi təyinatı baş tutdu. Bəli, onunla söhbət etmək fürsətimiz oldu. Hər şeyin daha yaxşı olacağını bildirdi. Mənə də şans verəcəyini söylədi.

- Sizin üçün klubunuza hər hansi transfer təklifi gəlibmi? Daha çox oynaya biləcəyiniz bir kluba keçmək fikriniz varmı?

- Bununla bağlı bir şey söyləmək istəmirəm. Hər şeyi zaman göstərəcək.

- Azərbaycandan təklif gələrsə, dəyərləndirməyi düşünürsünüz?

- Xeyr. Belə bir düşüncəm yoxdur. Legioner həyatı yaşamağa davam etmək istəyirəm.

- Renat Dadaşovla eyni komandada çıxış edirsiniz. Onunla münasibətiniz necədir?

- Renat Dadaşovla münasibətlərim yaxşıdır. O, çox yaxşı biridir. Onunla biri-birimizi çox yaxşı başa düşürük. Mənə çox kömək olur.
 



- Azərbaycan U-19 yığmasının son oyununda 2 qol vursanız da qələbə qazana bilmədiniz. Millimiz 3 oyundan sonra 1 xalla sonuncu yerdə qərarlaşıb. Ümumi olaraq millinin şanslarını necə dəyərləndirirsiniz?

- Əksər oyunları çox yaxşı keçirdik. Çox oyunda üstünlük bizim tərəfdə idi. Təəssüf ki, fərdi səhvlərdən çoxlu qollar buraxdıq. Qrupdan çıxma şansımız var idi.

Teqlər:

"\"Ankarag\u00fcc\u00fc\"n\u00fcn 17 ya\u015fl\u0131 az\u0259rbaycanl\u0131 futbol\u00e7usu: \"Legioner h\u0259yat\u0131 ya\u015fama\u011fa davam etm\u0259k ist\u0259yir\u0259m\""

Əlaqəli Xəbərlər