"Araz-Naxçıvan" qış toplanışına start verdi
Əziz Əzizli
"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.
Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcək. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.
Komanda hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, “Kapital Bank Arena”da, saat 15:00-da “Sumqayıt”la üz-üzə gələcək “Araz-Naxçıvan”, 2 gün sonra – yanvarın 11-də “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı hələ bəlli deyil.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net