Menyu

"Bakı Metropoliteni" gedişhaqqının artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib - YENİLƏNİB

Nərmin Qocamanlı
"Bakı Metropoliteni" gedişhaqqının artırılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib - YENİLƏNİB

QSC-dən"Operativ Media"ya bildirilib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil.

Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.

Həmçinin qeyd olunmalıdır ki, “Bakı Metropoliteni” QSC metro nəqliyyatında gediş haqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.

İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq.

***
14:06

"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

"Operativ Media" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

O, qeyd edib ki, həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırılmayıb.

Qeyd edək ki, daha əvvəl yerli KİV-lər metroda gedişhaqqının 50 qəpikdən 55 qəpiyə qaldırılacağı barədə məlumat yaymışdı.

Teqlər:

"\"Bak\u0131 Metropoliteni\" gedi\u015fhaqq\u0131n\u0131n art\u0131r\u0131laca\u011f\u0131 il\u0259 ba\u011fl\u0131 yay\u0131lan x\u0259b\u0259rl\u0259r\u0259 m\u00fcnasib\u0259t bildirib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər