Menyu

Ələt-Astara yolunda 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir

Nərmin Qocamanlı
Ələt-Astara yolunda 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir

"Operativ Media" bu barədə agentliyə istinadən xəbər verir.

Layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.

Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157,3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30,2 metr, 177,5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46,2 metr təşkil edir.

Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14,5 metrdir.

Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər