Emin Əmrullayev FIBA Çempionlar Liqasının rəsmi şəxsləri ilə görüşüb
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, federasiya prezidenti Azərbaycan Basketbol Liqasının (ABL) ildən-ilə artan keyfiyyətindən, ölkəmizdə basketbolun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və hazırlanan yeni layihələr barədə danışıb.
Qarşılıqlı fikir mübadiləsi əsasında keçirilmiş görüşdə qurum rəhbəri əsas və müxtəlif yaş qrupları üzrə milli komandalar səviyyəsində görülən işlərdə FIBA-nın göstərdiyi dəstəyə görə rəsmilərə minnətdarlığını bildirib.
FİBA Çempionlar Liqasının rəsmiləri də öz növbələrində Azərbaycanda basketbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirləri və başda "Sabah" klubu olmaqla klub basketbolunun da artan xətlə yüksəlişini qiymətləndirərək ABF-nin qarşıdakı illərdə də bu istiqamətdə fəaliyyətini yüksək səviyyədə davam etdirəcəyinə inandıqlarını bildiriblər.
Teqlər:
"Emin \u018fmrullayev FIBA \u00c7empionlar Liqas\u0131n\u0131n r\u0259smi \u015f\u0259xsl\u0259ri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"