Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Tehranda Azərbaycan səfirliyinə edilən silahlı hücumla bağlı paylaşım edib.
"Operativ Media" xəbər verir ki, bu barədə səfir Feysbuk hesabında paylaşım edib.
"Səfirliyimizə edilmiş silahlı hücüm nəticəsində dəyərli əməkdaşımız Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildi, 2 əməkdaşımız yaralandı.
Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.
Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!", - paylaşımda deyilir.