Peskov: Rusiya AZAL təyyarəsini qəzaya uğraması ilə bağlı obyektiv və qərəzsiz araşdırma aparılmasında maraqlıdır
"Operativ Media" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya müvafiq komissiyanın işinin nəticəsini gözləyir.
O, əlavə edib ki, rusiyalı mütəxəssislər istintaqa köməklik göstərir.
"Prezident Putin və Prezident İlham Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi köməklik və əməkdaşlıq edilir. Prezident Putin üzr istəyib və təəssüf hissi keçirdiyini bildirib", - deyə Peskov vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma