"Qarabağ" rumıniyalı hücumçu ilə maraqlanır
Əziz Əzizli
"Operativ Media" Sport24.az-a istinadən xəbər verir ki, "Qarabağ" Rumıniyanın "Hermanştadt" klubunun futbolçusu Yanis Stoykanın xidmətində maraqlıdır.
"Köhlən atlar" əsas mövqeyi sol vinger olan, amma mərkəz hücumçusu və sağ viner kimi də oynaya bilən rumıniyalını heyətinə cəlb etmək istəyirlər.
Qeyd edək ki, Stoyka karyerası ərzində yalnız vətənində çıxış edib. 22 yaşlı futbolçu cari mövsüm Rumıniya çempionatında 20 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Hermanştadt"la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net