Qurban Qurbanov: "Juninyonun "Qarabağ"dan gedəcəyi konkretləşib"
Əziz Əzizli
"Operativ Media" Sportal.az-a istinadən xəbər verir ki, 52 yaşlı mütəəssis braziliyalı hücumçunun hansı kluba transfer olacağının qarşıdakı günlərdə dəqiqləşəcəyini bildirib:
"Juninyonun gələcəyi hələ tam konkretləşməyib. Bəlkə də gedəcəyi konkretləşib, amma klubla bağlı müəyyən nüanslar var. Çünki oyunçunun özünün də istəyi vacibdir. Əvvəl "Sevilya" ilə razılaşmışdı, sonra "Flamenqo" da təklif göndərdi. Həm meneceri ilə, həm klubların rəhbərlikləri ilə danışıqlar gedir. Yəqin qarşıdakı günlərdə tam bilinəcək".
Qeyd edək ki, İspaniyanın "Sevilya" və Braziliyanın "Flamenqo" klubu Juninyonu transfer etmək istəyir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net