Menyu

Rusiya səfirliyi Azərbaycana başsağlığı verib

Nərmin Qocamanlı
Rusiya səfirliyi Azərbaycana başsağlığı verib

Rusiyanın Azərbaycandakı səfirliyi ölkəmizin İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu barədə diplomatik missiya bəyanat yayıb.

“Təhlükəsizlik xidmətinin əməkdaşı Əsgərov Orxan Rizvan oğlunun ölümü ilə nəticələnən Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbəri bizi sarsıdıb. Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ümid edirik ki, bu faciəvi hadisə hərtərəfli şəkildə araşdırılacaq və günahkar şəxslər cəzalandırılacaq”, - qeyd edilib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər