Misir Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əbu Zeyd Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə XİN sözçüsü tviterdə bildirib.
“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində səfirliyin əməkdaşının həlak olması ilə bağlı dost ölkə Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Biz bu ağrılı anda Misirin Azərbaycanla tam həmrəy olduğunu bəyan edirik”, - o, qeyd edib.