10 Yanvar 2025, 16:30
Reuters: NATO müdafiə xərclərini artıracaq
NATO müdafiə xərclərini 3%-ə yaxın artıra bilər.
Reuters: NATO müdafiə xərclərini artıracaq şəkil
Reuters: NATO müdafiə xərclərini artıracaq

NATO, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trumpın üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmaq təklifi ilə razılaşmayacaq. Lakin, alyansın müdafiə xərclərinin artırılması məsələsi hələ də gündəmdə qalır və ehtimal olunur ki, bu hədəf artırılacaq.

"Operativ Media" Reuters-in məlumatına istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.

Bir sıra alyans rəsmiləri də ABŞ-nin təklifini dəstəkləməsələr də, ümumilikdə müdafiə xərclərinin artırılmasını müsbət qiymətləndirirlər.

Qeyd edək ki, müdafiə xərclərinin artırılması məsələsi NATO-nun bu il iyun ayında Haaqada keçiriləcək sammitində müzakirə olunacaq.

Ekspertlər, ÜDM-in 5%-i səviyyəsinin iqtisadi və siyasi baxımdan alyansın demək olar ki, bütün üzvləri üçün əlçatmaz olduğunu bildirirlər. Bəzi analitiklər isə Trampın bu təklifini qeyri-real hesab edir və ehtimal edirlər ki, uzun müzakirələrdən sonra NATO ölkələri 3%-ə yaxın bir rəqəmdə razılaşsınlar.

Qeyd edək ki, Trump daha əvvəl mətbuat konfransında, NATO üzv ölkələrinin hərbi xərclərini ÜDM-in 5%-inə çatdırmaq niyyətində olduğunu bildirmişdi.

Son xəbərlər
Çexiyada nümayiş zamanı döyüş maşını aşıb
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Ordubadda XVIII əsrə aid olan tarix-memarlıq abidəsi bərpa ediləcək
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
İsrailin təhlükəsizlik naziri istefa verib
Paytaxt ərazisində avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
19 Yanvar 2025, 13:07
Lavrov: Obamanın Trampın andiçməsindən əvvəl tətbiq etdiyi sanksiyalar qeyri-etik addım idi
İmişlidə xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib