Menyu

Premyer Liqada dekabrın ən yaxşıları açıqlanıb

Əziz Əzizli
Premyer Liqada dekabrın ən yaxşıları açıqlanıb

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşib.

"Operativ Media" bildirir ki, bu barədə turnirin rəsmi mətbuat xidməti məlumat yayıb.

Dekabrın ən yaxşı baş məşqçisi adına “Nottingem Forest”in çalışdırıcısı Nuno Espirito Santo layiq görülüb. İsveçrəli hücumçu Aleksandr İsak isə “Nyukasl”ın heyətində uğurlu çıxışı ilə digərlərini geridə qoyaraq ən yaxşı futbolçu seçilib.

“Nottingem Forest” Premyer Liqadakı son 6 oyunun 5-də qələbə qazanaraq, hazırda turnir cədvəlində üçüncü sırada yer alır. İsak isə ötən ay keçirilən matçlarda 8 dəfə rəqib qapısına yol tapıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər