Bu barədə "Operativ Media"ya Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti həmin 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verib:
"Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ərazidən götürüləcək 161 quru ağacın yerində iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlayacaq. Hazırda qurumun əməkdaşları müvafiq orqanın verdiyi rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesini həyata keçirir".
Qeyd olunub ki, təsdiq olunmuş layihəyə əsasən sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti faəliyyətindən söhbət gedə bilməz.
Teqlər:
"Yasamal \u0259razisind\u0259 yeni park sal\u0131n\u0131r"