Menyu

Aİ nümayəndəsi Suriyanın XİN rəhbəri ilə görüşüb

Əsəd Abbaslı
Aİ nümayəndəsi Suriyanın XİN rəhbəri ilə görüşüb
1 dəq oxu

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Riyadda Suriya ilə bağlı keçirilən görüşdə Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kaya Kallas "X" sosial şəbəkəsində paylaşım edib.

"Əsəd Həsən əl-Şeybani ilə ilk görüşümü keçirdim. İndi bütün azlıqların hüquqlarını qoruyan sülhsevər və inklüziv keçid prosesini təmin etməklə Suriya üçün yeni rəhbərliyin yaratdığı ümidləri doğrultma vaxtıdır. Növbəti mərhələdə isə Aİ-nin Xarici İşlər Nazirləri ilə sanksiyaların yüngülləşdirilməsini müzakirə edəcəyik," - deyə o bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər