Menyu

Juninyo "Qarabağ"dan ayrılıb Braziliyaya gedəcək

Əziz Əzizli
Juninyo "Qarabağ"dan ayrılıb Braziliyaya gedəcək
1 dəq oxu

Juninyo bu gün “Qarabağ”ın düşərgəsini tərk edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Brazliyanın bir neçə media qurumu məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı hücumçu Rio-de-Janeyroya yollanacaq. O, “Flamenqo” üçün tibbi müayinədən keçəcək, bundan sonra tərəflər arasında müqavilə imzalanacaq. Müqavilənin 2028-ci ilin sonuna qədər bağlanacağı nəzərdə tutulub. Bundan sonra Juninyo ABŞ-də təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinı qoşulacaq.

“Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. Məbləğ Ağdam klubuna hissə-hissə ödəniləcək.

Əlaqəli Xəbərlər