Menyu

Danimarkalı futbolçu karyerasını bitirdi

Əziz Əzizli
Danimarkalı futbolçu karyerasını bitirdi

Danimarkalı müdafiəçi son olaraq "Milan" klubunda çıxış edib.

"Operativ Media" xəbər verir ki, Müqaviləsi başa çatdıqdan sonra heç bir komanda ilə müqavilə imzalamayan danimarkalı müdafiəçi Simon Kjaer 35 yaşında karyerasını bitirdiyini açıqlayıb.

2024-cü ilin iyulunda 132 dəfə forma geyindiyi Danimarka Milli Komandası ilə vidalaşan Kjaer futbolçu karyerasında 9 komandada 664 rəsmi matça çıxıb. Uğurlu futbolçu bu matçlarda 27 qol vurub, 17 məhsuldar ötürmə edib. 2021-22 mövsümündə A Seriya komandası "Milan" ilə liqa çempionluğunu qazanıb.

Danimarkalı futbolçu iki dəfə ölkəsində ilin futbolçusu seçilib.

Teqlər:

"Danimarkal\u0131 futbol\u00e7u karyeras\u0131n\u0131 bitirdi"

Əlaqəli Xəbərlər