Menyu

Levandovski: "Həmişə belə oynasaq, bütün komandaları məğlub edə biləcəyik"

Əziz Əzizli
Levandovski: "Həmişə belə oynasaq, bütün komandaları məğlub edə biləcəyik"

İspaniya vitse-çempionu "Barselona"nın polşalı hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkubokunun finalında ölkə çempionu "Real"ı 5:2 hesabı ilə məğlub etdikləri oyunu şərh edib.

"Operativ Media" AS nəşrinə istinadən xəbər verir.

"Xüsusilə ilk hissədə əla oyun sərgilədik. Matçın sonunda 10 futbolçu ilə oynamaq çətin idi, amma ən vacib olanı kuboku qazanmağımızdır.

Bu gün qələbəni qeyd edə bilərik, amma sabahdan etibarən qarşıdakı oyunlara diqqət yetirməliyik. Əgər hər zaman belə oynasaq, bütün komandaları məğlub edə bilərik".

"Barselona" 15-ci dəfə Superkuboku qazanıb, "Real" isə bu titulu 13 dəfə əldə edib.

Keçən ilin finalında "Real" "Barselona"nı 4:1 hesabı ilə məğlub etmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər