Menyu

FCSB üzvü: "Qarabağ"la oyunda da xal qazanmaq istəyirik

Əziz Əzizli
FCSB üzvü: "Qarabağ"la oyunda da xal qazanmaq istəyirik

23 yaşlı hücumçu 1:2 hesabı ilə uduzduqları yoxlama görüşündən sonra yerli mətbuata açıqlama verib.

"Operativ Media" xəbər verir ki, rumıniyalı oyunçu fərqləndiyi üçün şad olduğunu bildirib:

“Amma təəssüf ki, hesabı bərabərlişdirə bilmədik. Komandaya kimlərin gəlməsinin fərqi yoxdur. Biz hamımız yaxşı oyunçuyuq. UEFA Avropa Liqasında “Qarabağ”la səfərdə üz-üzə gələcəyik, xal qazanmağa davam etmək istəyirik. Baxmayaraq ki, çoxları artıq pley-offa vəsiqə qazandığımızı deyir”.

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunda keçiriləcək “Qarabağ” – FCSB matçı saat 21:45-də başlayacaq. Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər