14 Yanvar 2025, 09:52
Xames Rodrigesin yeni klubu bəlli oldu
“Rayo Valyekano” klubundan ayrılan Xames Rodriges Meksikada oynayacaq.
Xames Rodrigesin yeni klubu bəlli oldu şəkil
Xames Rodrigesin yeni klubu bəlli oldu

Kolumbiyalı yarımmüdafiəçi karyerasını “Leon”da davam etdirəcək.

"Operativ Media" xəbər verir ki, 33 yaşlı futbolçu İspaniya klubu ilə müqaviləsinə xitam verib və yeni klubuna azad agent kimi keçib. Onun yeni iş yerində nə qədər qazanacağı, neçə illik anlaşma imzalaması barədə məlumat yoxdur.

Xames bu mövsümün əvvəlində “Rayo Valyekano”ya keçmişdi. O, İspaniya klubunun heyətində bütün turnirlərdə 7 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Xames əvvəllər “Real”, “Bayern” kimi klublarda da çıxış edib.

Son xəbərlər
Fövqəladə Hallar Naziri və BMMT-nin Baş katibi Fəxri Xiyabanı ziyarət ediblər
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub
İtaliya BMT-nin Fələstin üzrə xüsusi məruzəçisini Nobel Sülh Mükafatına namizəd göstərib
"Qəbələ" legioner yarımmüdafiəçi ilə gücləndi
Qazaxıstanda ərzaq qiymətində artım müşahidə edilib
"Turan Tovuz" "Traktor"la qarşılaşacaq
Suriya lideri Azərbaycana gəlib - YENİLƏNİB
FHN əhaliyə müraciət edib