Azərbaycanın Xarici İşlər Nazirliyi İsrailə bu ölkədə törədilmiş terror aktı ilə bağlı başsağlığı verib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə paylaşım edib.
"Qüdsün Neve Yaakov məhəlləsindəki Sinaqoqda baş verən terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik", - paylaşımda deyilir.
Qeyd edək ki, Yerusəlim şəhərində sinaqoqa silahlı hücum zamanı 8 nəfər həlak olub, 10-san çox yaralı var.