Menyu

"Neftçi" yaponiyalı yarımmüdafiəçi transfer etdi - RƏSMİ

Əziz Əzizli
"Neftçi" yaponiyalı yarımmüdafiəçi transfer etdi - RƏSMİ
1 dəq oxu

"Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.

"Operativ Media" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq “Neftçi” ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.

Əlaqəli Xəbərlər