Super Liqa klubunun yeni baş məşqçisi bəlli oldu
Əziz Əzizli
“Antalyaspor” gənc baş məşqçiyə tapşırılıb.
"Operativ Media" xəbər verir ki, komandanı Emre Belözoğlu çalışadaracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Emre bu vəzifədə vaxtilə “Fənərbaxça”da birgə çıxış etdiyi Aleks de Souzanı əvəzləyib. Onunla 1,5 illik müqavilə imzalanıb.
Son olaraq “Ankaragücü”nü çalışdıran Emre Belözoğlu 2024-cü ilin iyul ayından işsiz idi. Türkiyə millisinin sabiq üzvü “Başakşəhər” və “Fənərbaxça”nın da baş məşqçisi olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net