"Qarabağ" Polşa klubunun hücumçusu ilə maraqlanır
Əziz Əzizli
Braziliyalı hücumçu Juninyonun gedişindən sonra Ağdam təmsilçisi mərkəz hücumçusu transfer etmək istəyir.
"Operativ Media" Polşanın goal.pl portalına istinadən xəbər verir ki, “atlılar” Varşava “Legiya”sının fransalı hücumçusu Migel Alfarelanı transfer etmək istəyir. Polşa təmsilçisinin 27 yaşlı futbolçu üçün başqa təkliflərinin də olduğu, ən konkretinin adı açıqlanmayan Fransa Liqa 1 klubundan gəldiyi bildirilir.
Alfarela ötən yay 1 milyon avroya Fransanın "Bastiya" klubundan "Legiya"ya keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir.
"Transfermarkt" portalı forvardı 600 min avro qiymətləndirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net