Menyu

Türkiyə və İsrail komandaları Bakıda qarşılaşacaqlar

Əziz Əzizli
Türkiyə və İsrail komandaları Bakıda qarşılaşacaqlar

Basketbol üzrə FIBA Çempionlar Liqasında Türkiyənin “Aliağa Petkim Spor” və İsrailin “Hapoel” (Holon) klubları arasında pley-in seriyasının üçüncü oyunu Bakıda keçiriləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komandalar arasında həlledici qarşılaşma yanvarın 22-də Bakı İdman Sarayında təşkil olunacaq.

Yanvarın 7-də ölkəmizdə baş tutan matçda “Aliağa Petkim Spor” rəqibini 82:81 hesabı ilə məğlub edərək seriyada önə keçib. Yanvarın 14-də isə “Hapoel”in qələbəsi qeydə alınıb – 65:62.

Teqlər:

"T\u00fcrkiy\u0259 v\u0259 \u0130srail komandalar\u0131 Bak\u0131da qar\u015f\u0131la\u015facaqlar"

Əlaqəli Xəbərlər