Menyu

ASTA "Mingəçevir" futbol klubu ilə ərəfdaşlıq müqaviləsi imzaladı

Əziz Əzizli
ASTA "Mingəçevir" futbol klubu ilə ərəfdaşlıq müqaviləsi imzaladı

"Operativ Media" xəbər verir ki, tədbirdə ASTA-nın prezidenti Rafael Bunyatov, FİF-in icraçı direktoru Tural Piriyev, "Mingəçevir"in İdarə Heyətinin sədri Nurlan Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tural Piriyev FİF-in vasitəsi ilə daha bir region klubuna tərəfdaş cəlb olunmasından qürur duyduğunu bildirib. O, bölgə təmsilçisinə dəstək olduğu üçün ASTA-ya təşəkkür edib.

İcraçı direktor klubun yeni rəhbərliyi ilə birgə hazırlanmış uzunmüddətli inkişaf planı haqqında məlumat verib.

Rafael Bunyatov "Mingəçevir"ə dəstək olmaqla bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini söyləyib. O, klubla bağlə planlardan söz açıb.

Çıxışlardan sonra imzalanma mərasimi baş tutub. Tərəfdaşlıq müqaviləsini Nurlan Əhmədovla Rafael Bunyatov imzalayıblar.

Teqlər:

"ASTA \"Ming\u0259\u00e7evir\" futbol klubu il\u0259 \u0259r\u0259fda\u015fl\u0131q m\u00fcqavil\u0259si imzalad\u0131"

Əlaqəli Xəbərlər