Menyu

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

Avropanın yeraltı anbarlardakı qaz ehtiyatlarının səviyyəsi 65 faizdən aşağı düşüb.

"Operativ Media"  xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, isitmə mövsümünün başladığı oktyabrın 29-dan bəri anbarlardan qaz çıxarılması əvvəlki beş ilin orta göstəricisindən 29 faiz çox artaraq 36 milyard kubmetrə çatıb, sutkalıq çıxarılan qazın həcmi isə ilk dəfə olaraq 900 milyon kubmetrə yaxınlaşıb.

Bununla belə, yeraltı anbarlarda qaz ehtiyatları tarix ərzində dördüncü ən yüksək səviyyədədir və 72,1 milyard kubmetr (64,98 faiz) təşkil edir. Avropa birjasında isə min kubmetr qazın qiyməti təxminən 500 dollar ətrafında dəyişir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər