15 Yanvar 2025, 17:17
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb
Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə təşkilatının Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb şəkil
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə görüşüb

15 yanvar 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.

Görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.

Görüşdə, ölkəmizin çoxtərəfli diplomatiyada zəngin təcrübəsi və uğurlu sədrlikləri xüsusi vurğulanaraq,  Azərbaycan tərəfindən AQEM sədrliyi üzrə təqdim olunmuş konseptual sənədin təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın möhkəmlənməsi üçün geniş istiqamətləri əhatə etdiyi məmnunluqla qeyd olunub.

Nazir Ceyhun Bayramov ideya müəllifi kimi Qazaxıstanın təşkilatın inkişafında əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Sədrliyimiz dövründə təşkilatın beynəlxalq rolunun və səmərəliliyinin daha da artırılması, üzv ölkələr üçün praktiki faydanın genişləndirilməsi, institusional inkişafın təmin edilməsinin vacibliyini qeyd edib. Təhsil, iqlim dəyişmələri, gənclər, media, nəqliyyat bağlantıları və bir çox digər istiqamətlərdə əməkdaşlığın inkişafının önəmi vurğulanıb. Nazir COP29 sədrliyimiz çərçivəsində qlobal iqlim gündəliyi ilə bağlı çox əhəmiyyətli qərarların qəbul edildiyini nəzərə alaraq, iqlim dəyişmələri ilə mübarizə sahəsində AQEM çərçivəsində layihələr üçün potensialın olduğunu bildirib.

Baş katib Kayrat Sarıbay Azərbaycana səfər proqramının kifayət qədər geniş olduğunu, o cümlədən aidiyyəti qurumlarla keçiriləcək görüşlərinin AQEM üçün əhəmiyyət kəsb edən mövzular üzrə ətraflı məlumatın əldə edilməsi və Azərbaycanın sədrliyinin prioritetlərinin müzakirəsi baxımından faydalı olacağını ifadə edib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Ötən həftə 156 yanğına çıxış olub
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb