Ötən il Azərbaycanda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb
Nərmin Qocamanlı
2024-cü ildə Azərbaycanda operativ məlumatlara əsasən, elektrik enerjisinin istehsalı 28 milyard 394,1 milyon kilovat saat, ixracı 1 milyard 397,5 milyon kilovat saat, idxalı isə 170,5 milyon kilovat saat olub.
"Operativ Media" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, 2023-cü illə müqayisədə elektrik enerjisinin istehsalı su elektrik stansiyalarında 1 247,8 milyon kilovat saat, günəş elektrik stansiyalarında isə 476,9 milyon kilovat saat artıb. Bu dövrdə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı təxminən 14 % olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net