Menyu

"Beşiktaş" italiyalı baş məşqçi ilə danışıqlar aparır

Əziz Əzizli
"Beşiktaş" italiyalı baş məşqçi ilə danışıqlar aparır
1 dəq oxu

Klub rəhbərliyi hazırda tanınmış italiyalı mütəxəssis Roberto Mançini ilə danışıqlar aparır.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında ilkin görüşlər müsbət nəticələnib və anlaşmanın əldə olunması üçün işlər davam edir. Mançini, uzun illərdir beynəlxalq səviyyədə qazandığı uğurlar və təcrübəsi ilə tanınır. O, əvvəllər "İnter", "Mançester Siti", "Qalatasaray" kimi klublarda çalışıb və son olaraq İtaliya millisini Avropa çempionu edib.

Mançini ilə razılıq əldə olunsa, onun yaxın günlərdə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Əlaqəli Xəbərlər