Menyu

"Real Madrid" amerikalı basketbolçu Dennis Smithi heyətinə qatdı

Əziz Əzizli
"Real Madrid" amerikalı basketbolçu Dennis Smithi heyətinə qatdı

"Real Madrid" Klubu, 27 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Dennis Smith Jr, 2017-ci ildə Amerika Basketbol Liqası (NBA) komandası "Dallas Mavericks"də ilk oyununa çıxıb. Dennis NBA-da "Mavericks"lə yanaşı "New York Knicks", "Detroit Pistons", "Portland Trail Blazers", "Charlotte Hornets" və ən son "Brooklyn Nets" forması geyinmişdir.

İlk dəfə Avropada çıxış edəcək 1,91 metr boyundakı Dennis Smith Jr, NBA-da çıxdığı 326 oyunda 9,7 xal, 3 ribaund, 4,2 asist və 1,2 top oğurlama göstəriciləri əldə etmişdir.

Teqlər:

"\"Real Madrid\" amerikal\u0131 basketbol\u00e7u Dennis Smithi hey\u0259tin\u0259 qatd\u0131"

Əlaqəli Xəbərlər