Menyu

“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq

Əziz Əzizli
“Arsenal” “Roma”nın kapitanını almağa çalışacaq

Londonun "Arsenal"ı orta xətti gücləndirmək niyyətindədir.

"Operativ Media" "La Repubblica"ya istinadən xəbər verir ki, İngiltərə komandasının ispaniyalı baş məşqçisi Mikel Arteta İtaliya "Roma"sının kapitanı, italiyalı yarımmüdafiəçi Lorenzo Pelleqrininin xidmətində maraqlıdır.

İtaliyanın "İnter" və "Napoli" klubları da 28 yaşlı futbolçunu almaq istəyindədir.

Lorenzo Pelleqrininin "Roma" ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Onun transfer dəyəri 14 milyon avro qiymətləndirilir.

Cari mövsümdə Lorenzo Pelleqrini 21 matçda iştirak edib, 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər