Menyu

"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi

Əziz Əzizli
"Beşiktaş" norveçli baş məşqçi ilə razılıq əldə etdi
1 dəq oxu

"Ağ-qaralar" Ole-Qunnar Solşer ilə razılığa gəlməyə yaxındır.

"Operativ Media" bu haqda Türkiyə mətbuatına istinadən xəbər verir.

"Beşiktaş" norveçli baş məşqçiyə rəsmi təklif göndərib. Tərəflər prinsipial razılıq əldə ediblər. Ole-Qunnar Solşerin yaxın vaxtlarda İstanbulda olması gözlənilir.

51 yaşlı mütəxəssis son olaraq “Mançester Yunayted” klubunda işləyib. “Qırmızı şeytanlar”ın başında 149 oyuna çıxan Solşer, orta hesabla 1.79 xal toplayıb. Ole-Qunnar Solşerin karyerasında iki liqa çempionluğu var. Norveçli məşqçi “Molde” klubunu iki dəfə çempion edib.

Əlaqəli Xəbərlər