"Mançester Siti" norveçli hücumçu ilə 9,5 illik müqavilə imzaladı
Əziz Əzizli
"Mançester Siti" ulduz hücumçu Erlinq Haaland ilə unikal müqavilə imzalayıb.
"Operativ Media" xəbər verir ki, buna uyğun olaraq, Haaland Premyer Liqa komandası ilə yeni 9,5 illik müqavilə imzalayıb. Məşhur hücumçunun indiyə qədər ən gəlirli idman müqavilələrindən birinə imza atdığı bildirilir.
“Mançester Siti” rəsmi olaraq Haalandın müqaviləsinin 2034-cü ilə qədər uzadıldığını açıqlayıb.
"Athletic"in məlumatına görə, yeni müqaviləsi bitəndə 34 yaşı olacaq Haalandın müqaviləsindən "sərbəst qalma" maddəsi çıxarılıb.
Hələlik dəqiq rəqəmlər bilinməsə də, Haalandın indiyə qədər ən gəlirli idman müqavilələrindən birinə imza atdığı vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net