Menyu

"Qəbələ"nin legioneri: "Mövsümün yenidən startına qədər daha yaxşı formada olacağıq"

Əziz Əzizli
"Qəbələ"nin legioneri: "Mövsümün yenidən startına qədər daha yaxşı formada olacağıq"

Məşqlərdə hər bir şeyin öhdəsindən gəlməliyik ki, oyunlar zamanı problemlə üzləşməyək.

"Operativ Media" xəbər verir ki, bunu "Qəbələ" klubunun mətbuat xidmətinə açıqlama verən nigeriyalı yarımmüdafiəçi Oçe Oçoveçi deyib.

O, təlim-məşq toplanışındakı məşqlərin vacibliyini vurğulayıb.

"Məşqlərimiz yüksək səviyyədə davam edir. Hər birimiz maksimum gücümüzlə çalışırıq. Heç bir çətinliyimiz yoxdur. Baş məşqçimizin verdiyi tapşırığı həvəslə yerinə yetirməyə çalışırıq. Məşqlərdə hər bir şeyin öhdəsindən gəlməliyik ki, oyunlar zamanı problemlə üzləşməyək. Düşünürəm ki, komanda yoldaşlarımın da hamısı formadadır. Çempionatın yenidən startına qədər daha da yaxşı formaya düşəcəyimizə inanıram. Təlim-məşq toplanışında keçirdiyimiz intensiv məşqlər mövsümün qalan hissəsi üçün çox önəmlidir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər