Menyu

Azərbaycanın sərbəst güləşçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Əziz Əzizli
Azərbaycanın sərbəst güləşçiləri beynəlxalq turnirdə iştirak edəcəklər

Sərbəst güləş üzrə Azərbaycan millisi 2025-ci ildə ilk yarışa qatılır.

"Operativ Media" xəbər verir ki, millinin 8 üzvü Bolqarıstanın Varna şəhərində keçiriləcək Dan Kolov və Nikola Petrovun xatirə turnirində iştirak edəcək.

Yanvarın 23-dən 26-dək davam edəcək ənənəvi yarışda məşqçi Taymuraz Kokoyevin rəhbərliyi altında Rəhman İmanov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Haqverdiyev (65 kq), Zirəddin Bayramov (70 kq), Fərid Cabbarov, Səbuhi Əmiraslanov (hər ikisi 79 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) ölkəmizi təmsil edəcək.

Memorialda I kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər