Menyu

İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 18-i axşamdan 19-u səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-i axşamdan 20-si gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. 19-u gündüz yağıntıda qısa müddətə fasilə olacaq.

Teqlər:

"\u0130ntensiv ya\u011f\u0131\u015f ya\u011facaq - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər