Azərbaycan Üzgüçülük Federasiyasına yeni sədr seçildi
Əziz Əzizli
Bu gün Gənclər və İdman Nazirliyində Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.
"Operativ Media"nın verdiyi məlumata görə, iclas zamanı federasiyanın İcraiyyə Komitəsinin tərkibi yenidən təsdiqlənib. Keçirilmiş səsvermənin nəticələrinə əsasən, Zaur Əliyev qarşıdakı dörd il müddətinə federasiyanın sədri seçilib. O, göstərilən etimada görə təşəkkür edərək, bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.
İclasda federasiyanın vitse-prezidentləri vəzifəsinə Xaliq İldırımzadə, Dəyanat Sədullayev və Ümid Əbüzərli seçilib. Şamil Əbdürrəhmanov, Eldar Abbasov, Ruslan Ələkbərov, Azər Babayev və Mark Koqanov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Qeyd edək ki, qurumun əvvəlki sədri Xanlar Fətiyev idi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net