Helqa Şmid: "Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm"
Operativ Media
"Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm".
"Operativ Media" xəbər verir ki, bunu ATƏT-in Baş katibi Helqa Şmid tviterdə yazıb.
"Həlak olan şəxsin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir", - o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net