"Kəpəz" Tacikistan millisinin üzvünü transfer etdi
Əziz Əzizli
Transfer çalışmalarını davam etdirən komandamız növbəti keçidi rəsmiləşdirib.
"Operativ Media" xəbər verir ki, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə "6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.
Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net