19 Yanvar 2025, 15:57
Sabah yağış yağacaq, güclü külək əsəcək - YENİLƏNİB
Yağış yağacaq, külək əsəcək.
Sabah yağış yağacaq, güclü külək əsəcək - YENİLƏNİB şəkil
Sabah yağış yağacaq, güclü külək əsəcək - YENİLƏNİB

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında gün ərzində gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"a bildirilib ki, sabah saat 7:00-11:00 radələrində arabir yağıntılı olacağı , tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s, havanın temperaturu 3-6° isti olacaq.

Saat 11:00-14:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s, havanın temperaturu 5-7° isti olacaq.

Saat 14:00-17:00 radələrində hava şəraitinin əyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 7-12 m/s, havanın temperaturu 6-8° isti olacaq.

Saat 18:00-22:00 radələrində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, havanın temperaturu 5°-dək isti olacaq.

15:57

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Son xəbərlər
Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar
İTV-nin canlı yayımına haker hücumu olub
Hakan Fidan və Abbas Araqçi arasında telefon danışığı olub
Azərbaycan çempionatında ilk yarımfinalçılar bəlli oldu
Sumqayıtda bağlı qapı arxasında qalan azyaşlı xilas edilib
Türkiyədə sərnişin avtobusu aşıb
FHN-in qadın əməkdaşları dövlət qurumları arasında çempionatın qalibi olub
Baş nazir: NATO-ya qoşulmaq Gürcüstanın gündəliyində deyil